Goranboy rayon Alpout, Dəyirmanlar və Azad kəndində yaşayan seçicilərlə görüş keçirilib - FOTOLAR
Seçkilər xalqın birlik və həmrəyliyinin nümayişi olacaq.
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Goranboy rayon Alpout, Dəyirmanlar və Azad kəndində yaşayan seçicilərlə görüş keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mubarizciler.az xəbər verir ki, Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Cavid Mustafayev, Sərvan Bayramov, İbrahim Həsənov, İsgəndər Səklikov, Azad Əhmədov, Səyad Quliyev və Göyüş Nağıyev çıxış ediblər.
Bildirilib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində dünyanın nüfuz sahibi olan dövlətlərindən birinə çevrilib. Ölkəmizin uğurları, nailiyyətləri və Zəfərləri gündən-günə artmaqdadır.
Diqqətə çatdırılıb ki, bütün bunların mahiyyətində cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasət kursu dayanır.
Çıxış edən seçicilər fevralın 7-də qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbəri paylaş