Xəbər lenti
24-11-2024, 19:50
 
18-11-2024, 12:06
 

YAP Gəncə şəhər təşkilatının qərargahında Kəlbəcərli seçicilərlə növbəti görüş keçirilib - FOTOLAR

Tarix: 05-02-2024 21:57     Baxış: 1 169

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 5-də YAP Gəncə şəhər təşkilatının 600 nəfərlik qərargahında Kəlbəcərli seçicilərlə növbəti görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Görüşdə Millət vəkili Aqil Məmmədov, Millət vəkili Pərvin Kərimzadə ,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Kəlbəcərli ziyalılar, Şəhid ailələri, qazilər, Kəlbəcərli sakinlər, iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.

Görüşdə geniş və ətraflı çıxış edən natiqlər Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri yerinə yetirdiyini, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olduğunu, müasir və peşəkar ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdiyini bildiriblər. Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi həyatında önəmli rol oynadığını qeyd ediblər. 

Natiqlər prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən Ziyalılar, şəhid ailələri, Kəlbəcərli gənclər Prezident İlham Əliyevlə qürur duyduqlarını və bütün Kəlbəcərli ziyalıları, gəncləri, sakinləri 7 fevral ölkəmizdə keçiriləcək prezident seçkilərində yetkinliklə İlham Əliyev cənablarına səs verməyə çağırıblar. 

Seçicilər seçimlərinin cənab İlham Əliyev olacağını əminliklə ifade edərək, fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər. 


Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar