Xəbər lenti

Tərtər rayonunun Azadqaraqoyunlu , İlxıçılar və Qapanlı kəndindən olan seçicilərlə görüş keçirilib - FOTOLAR

Tarix: 05-02-2024 21:45     Baxış: 1 078

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  fevralın 5-də Tərtər rayonunun Azadqaraqoyunlu , İlxıçılar və Qapanlı kəndindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mubarizciler.az xəbər verir ki,  Görüşdə Milli Məclisin deputatı, YAP Mərkəzi Aparatında Prezident seçkiləri ilə əlaqədar yaradılmış təbliğat və təşviqat qrupunun üzvü Ağalar Vəliyev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, təşviqat qrupunun üzvləri Oqtay Sarıkişiyev, Səlimə Yusibova, Şölə Manafova və digər şəxslər çıxış ediblər.

Çıxış edən natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti nəticəsində beynəlxalq arenada ölkəmizə maraq artır, tərəfdaşlarımızın sayı getdikcə çoxalır. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Çoxəsrlik tariximizə yazılan uğur səhifələri ölkəmizin malik olduğu imkanların təqdimatında bir daha öz sözünü deyir.

Seçicilər  fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar