Goranboy rayonun Xanqərvənd və Tapqaraqoyunlu kəndində yaşayan seçicilərlə görüş keçirilib - FOTOLAR
Bu günümüzün və gələcəyimizin təminatçısı
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Goranboy rayonun Xanqərvənd və Tapqaraqoyunlu kəndində yaşayan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mubarizciler.az xəbər verir ki, Görüşlərdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Cavid Mustafayev, Sayad Quliyev, Sakit Məmmədov, Gündüz Hacıyev, İsgəndər Səklikov və İbrahim Həsənov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, 7 fevral prezident seçkiləri müstəqillik tariximizdə Azərbaycan ərazilərinin bütövlüyü şəraitində keçiriləcək ilk seçki olacaq. İndi həm torpaqlarımız işğaldan azad edilib, həm də Qarabağda erməni separatizminə son qoyulub. Bu baxımdan prezident seçkiləri hər birimiz və bütövlükdə dövlətimiz üçün böyük mənəvi-siyasi əhəmiyyət daşıyır.
Natiqlər seçiciləri 7 fevral seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan YAP namizədi İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər artıq seçimlərini etdiklərini və xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbəri paylaş