Xəbər lenti

İmişli rayonunda seçicilərlə görüşlər keçirilib - FOTOLAR

Tarix: 05-02-2024 17:36     Baxış: 1 617

Azərbaycan dinamik inkişaf dövrünü yaşayır.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də İmişli rayonunda seçicilərlə görüşlər keçirilib.

 Mubarizciler.az xəbər verir ki,  Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Sərvər Şirinov və Zahidə Əliyeva çıxış ediblər. Natiqlər son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə edilən uğurları diqqətə çatdırıblar. Bildirilib ki, xalq artıq öz seçimini edib. 

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu ərazilərdə gecə-gündüz quruculuq və bərpa işləri gedir. Beləliklə, Azərbaycan sürətli, dinamik inkişaf dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixi zəfərlər qazanıb.

Seçicilər ilk dəfə bütün Azərbaycan ərazilərini əhatə edəcək Zəfər seçkilərinin qalibinin məhz cənab İlham Əliyev olacağına əminlik ifadə ediblər.

Həmçinin YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev gün ərzində seçicilərlə fərdi görüşlər də keçirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar