Xəbər lenti

İcra başçısı Şəhid atasını ziyarət edib - FOTO

Tarix: 05-02-2024 15:40     Baxış: 1 967

Şəhidlərə qayğı dövlətin prioritetidir.

Dövlətimiz tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə iştirakçılarına onların ailələrinə dövlət qayğısı Naftalan şəhərində də hər zaman nümunə götürülür, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. 

Mubarizciler.az xəbər verir ki,  Şəhər İcra Hakimiyyətinin başçısı, polis rəisi ilə birlikdə 44 günlük Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun atası İlqar Adıgözəlovu əməliyyatdan sonra xəstəxanada ziyarət edib, onun səhhəti və xəstaxanada ona yaradılan şəraitlə maraqlanıb.

Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyev məlumat verib ki, xəstənin vəziyyəti keçirdiyi cərrahi əməliyyata uyğun olaraq qənaətbəxş hesab olunur. 

Qeyd edək ki, Adıgözəlov Fərid İlqar oğlu 18 oktyabr 2020-ci ildə Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham İlham Əliyevin müvafiq Sərəncamları ilə Fərid Adıgözəlov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar