Xəbər lenti
18-11-2024, 12:06
 

İlhamə Qasımova: “Biz İlham Əliyevə səs verməklə öz gələcəyimizə səs verəcəyik”

Tarix: 04-02-2024 08:26     Baxış: 1 099


Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevdir.

Mən inanıram ki, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyev siyasətinin davam etməsi, ölkəmizin daha da inkişaf etməsi üçün xalqımız növbəti dəfə Prezident İlham Əliyevə səs verəcək .

 Azərbaycanın əldə etdiyi iqtisadi uğurların hər bir sahədə köklü dəyişikliklərlə müşahidə olunduğunu və bunun vətəndaşlarımızın həyatında öz əksini tapdığını bilirik . Sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. 

İlham Əliyev güclü iqtisadiyyat və güclü ordu yaradaraq Azərbaycana tarixi Zəfər qazandırdı, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu inkişafın davam etməsi üçün mən goranboyluların timsalında bütün Azərbaycan vətəndaşlarını Prezident İlham Əliyevə səs verməyə çağırıram.

 İnanıram ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider – İlham Əliyev olacaq.

ZƏFƏRLƏRƏ DAVAM!


İlhamə Qasımova

Mubarizciler.az xəbər portalının təsisçisi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar