Xəbər lenti
10-11-2024, 18:46
 

Biləsuvarda “Narkomaniya ümumbəşəri bəladır!” və “Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq” mövzularında tədbir təşkil olunub - FOTO

Tarix: 03-02-2024 22:52     Baxış: 1 113

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə K.Ağayev adına internat tipli məktəb-liseydə “Narkomaniya ümumbəşəri bəladır!” və “Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq” mövzularında tədbir təşkil olunub.

Mubarizciler.az xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Əvvəlcə məktəblilərin əl işlərindən ibarət olan və narkomaniyanın zərərli təsirlərini, acı fəsadlarını özündə əks etdirən rəsm guşəsinə baxış keçirilib. 

Çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov bildirib ki, bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır.

Sonra Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq, Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətlə bağlı məktəblilərə məlumat verilib. Polis akademiyasının ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Tədbirin sonunda müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar