Xəbər lenti
18-11-2024, 12:06
 

Səttar Möhbalıyev Ordubad rayonuna səfər edib - FOTO

Tarix: 03-02-2024 22:26     Baxış: 1 148

Fevralın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Ulu Öndərin Ordubad rayonunda yerləşən büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Mubarizciler.az xəbər verir ki,  bu barədə AHİK-nın mətbuat xidməti məlumat yayıb.

Daha sonra Ordubad rayonunda yerləşən və uzun illər istifadə edilmədiyindən yararsız vəziyyətə düşmüş mehmanxanaya baxış keçirilib.

Məlumat verilib ki, mehmanxana 1975-ci ildə istifadəyə verilib. Bir müddət işlədikdən sonra müxtəlif səbəblərdən fəaliyyəti dayandırılıb.

Vurğulanıb ki, gələcəkdə mehmanxana həmkarlar ittifaqının balansına keçirildikdən sonra yenidən təmir edilərək müasir səviyyədə inşa olunacaq.

Qeyd edək ki, mehmanxananın təkcə Naxçıvanın deyil, bütün bölgənin əhəmiyyətli turizm obyektinə çevrilməsi planlaşdırılır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar