Goranboy rayon Yeniyol kəndində yaşayan seçicilərlə görüş keçirilib - FOTOLAR
Qalib Liderlə yeni zəfərlərə doğru!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Goranboy rayon Yeniyol kəndində yaşayan seçicilərlə görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Sayad Quliyev, Sakit Məmmədov və Gündüz Hacıyev çıxış ediblər. Qeyd olunub ki, son 20 il ərzində dövlətimiz böyük və şərəfli yol keçib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib. Xalqımıza Zəfər sevinci bəxş edən müasir və güclü ordu formalaşıb. Onlar seçiciləri dövlətimizin daha da güclənməsi naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Rus-Borisi və Hazırəhmədli kənd seçiciləri ilə fərdi görüşlər keçirilib.
Xəbəri paylaş