Xəbər lenti

Səttar Möhbalıyev Darıdağ sanotoriyası və istirahət kompleksinə baxış keçirib- FOTO

Tarix: 03-02-2024 18:10     Baxış: 1 239

AHİK sədri Səttar Möhbalıyev Darıdağ sanotoriyası və istirahət kompleksinə baxış keçirib.

Mubarizciler.az xəbər verir ki,  bu barədə AHİK-nın mətbuat xidməti məlumat yayıb.

Fevralın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Darıdağ sanotoriyası və istirahət kompleksində olub, aparılan quruculuq işləri ilə tanış olublar.

Məlumat verilib ki, Sanotoriya həmkarlar ittifaqının balansına alındığı vaxtdan bugünədək tikinti və quruculuq işləri uğurla aparılaraq başa çatdırılıb. İstilik və elektrik xətləri quraşdırılıb, tunel genişləndirilərək üzəri bağlanılıb. Hazırda kompleksdə daxili və fasad divarların üzlənməsi işləri həyata keçirilir.

Qeyd edək ki, sanotoriyaya gedən yollarda da yenidənqurma işləri aparılıb, yol yatağı genişləndirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar