Xəbər lenti

İmişli rayonunda seçicilərlə görüş keçirilib - FOTO

Tarix: 03-02-2024 15:43     Baxış: 1 680

Xalqın etimadını əməli fəaliyyəti ilə doğruldan Lider.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də İmişli rayonunda seçicilərlə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Qalib Mirzəyev və Aqil İsmayılzadə çıxış ediblər. Natiqlər seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar