Xəbər lenti

Goranboyda Gənclər Günü ilə bağlı ümumrayon tədbiri keçirildi - FOTO 0

Tarix: 03-02-2024 13:08     Baxış: 1 624

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, Goranboy və Naftalan rayonları üzrə Təhsil sektorunun rəhbərliyinin,  bir qrup  rayon ziyalılarının və gənclərinin iştirakı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirildi. 

Mubarizciler.az xəbər verir ki,  Tədbir iştirakçıları  öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Goranboy rayonu Heydər Əliyev Mərkəzində  davam etdirildi.  Tədbirdə çıxış edən İcra Başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunduğunu, onların faydalı məşğulluğunun təmin edilməsini və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində işlərin görüldüyünü, xüsusən də 44 günlük Şanlı Vətən müharibəsində gənclərimizin-Şəhid və qazilərimizin fədakarlığını vurğuladı. Sonda müxtəlif sahələrdə çalışan bir sıra gənc uğurlu xidmətlərinə görə Goranboy rayon İcra Hakimiyyəti Başçısının  Fəxri Fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırıldı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar