Xəbər lenti

Goranboy rayonunun Zeyvə və Əlirzalı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib - FOTO 0

Tarix: 02-02-2024 21:31     Baxış: 1 344

Güc birlikdədir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Goranboy rayonunun Zeyvə  və Əlirzalı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Cavid Mustafayev, İsgəndər Səklikov, İbrahim Həsənov, Rəddin Məmmədov, Sayad Quliyev, Sakit Məmmədov və Gündüz Hacıyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, son 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək müasir ordu formalaşdırıb və xalqımıza Zəfər sevinci bəxş edib.

Natiqlər seçiciləri dövlətimizin daha da güclənməsi naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Yeniyol və Əlirzalı kəndlərində seçicilərlə fərdi görüşlər də keçirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar