İmişlidə “2 fevral – Azərbaycan Gəncləri günü” qeyd edilib - FOTO 0
Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə tədbir keçirilib. Mubarizciler.az xəbər verir ki, Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, eyni zamanda rayonun fəal gəncləri iştirak ediblər.
Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan icra başçısı Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Qeyd edib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. İcra başçısı həmçinin bildirib ki, Ulu Öndərin gənclərə göstərdiyi yüksək diqqət və qayğının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, azərbaycançılıq ideologiyasının işığında Prezidentinə, dövlətinə, xalqına sadiq təhsilli və vətənpərvər gəncliyin formalaşdığını söyləyib. Məhz həmin gəncliyin Vətən sevgisi nəticəsində 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatı ilə torpaqlarımız düşmən işğalından azad edilib. Çoxəsrlik dövlətçilik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində üçrəngli bayrağımız dalğalanır və Prezident İlham Əliyev də çıxışlarında onların xidmətlərini daim yüksək qiymətləndirir. Digər çıxış edənlər qeyd ediblər ki, gənclik cəmiyyətin ən aktiv təbəqəsidir. Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən istənilən tədbirlərdə gəncliyin rolu getdikcə artmaqdadır.
Tədbirin sonunda bir qrup fəal gəncə Fəxri Fərman təqdim olunub.
Xəbəri paylaş