Xəbər lenti

Gəncədə “Məktəbdə sağlam psixoloji mühitin formalaşdırılması” mövzusunda görüş keçirilib - FOTO 0

Tarix: 02-02-2024 19:53     Baxış: 2 555

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşəbbüsü ilə “Məktəbdə sağlam psixoloji mühitin formalaşdırılması” mövzusunda görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Görüşdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Tibb Universitetinin dosenti psixiatr Araz Manuçeri, məktəb direktorları və psixoloqlar iştirak ediblər. 

Görüşdə ümumtəhsil məktəblərində şagird-məktəb-valideyn münasibətlərinin düzgün qurulması üzrə müvafiq təşəbbüslərin göstərilməsi, sağlam mühitin qurulması üçün müvafiq addımların atılması və psixoloqların peşəkar inkişafına yönələn bir sıra fəaliyyətlər barədə danışılıb. Həmçinin qeyd edilib ki, şagird şəxsiyyətinin formalaşmasında valideyn-məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti var.

Görüşün davamında Narınc Psixologiya Mərkəzinin Gəncə filialının İcraçı direktoru, Baş psixoloq Himain Fəzizadə “Yeniyetmələrdə rast gəlinən psixoloji problemlər və yaranma səbəbləri, yeniyetmələrin psixoloji diaqnostikası və korreksiyası” mövzusu barədə ətraflı məlumat verilib. 

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar