Xəbər lenti

Gənclər Günü Hazırəhmədli kənd tam orta məktəbində qeyd edildi - FOTO 0

Tarix: 02-02-2024 19:36     Baxış: 3 514

GƏNCLƏR BİZİM GƏLƏCƏYİMİZDİR ! 

   02 Fevral Gənclər Günü Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektoru T. Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbində qeyd edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səadət Abbasova həmişə gənclərə dəstək olan Ali Baş Komandanımız, Möhtərəm Cənab Prezident İlham Əliyevin gənclərimizə göstərdiyi diqqət, qayğıdan danışaraq, tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

   Məktəbin iki əməkdaşı gənc yaşlarında olduğu üçün onlar məktəb direktoru Səadət Abbasova tərəfindən təltif edildi. Bundan başqa məktəbin 9-10-11- ci siniflərində təhsil alan nümunəvi gənc şagirdlər də təltif edildi. 

    Məktəb direktoru Səadət Abbasova gənc müəllimlərə , şagirdlərə gələcək işlərində uğurlar arzulayaraq öz töhfələrini verdi. 

   Bir daha gəncləri 02 Fevral Gənclər Günü münasibətilə səmimi qəlbdən TƏBRİK edirik ! 

  

Hörmətlə, 

   TƏHSİL işcisi Eminov Neman Bayram oğlu

 Tarix : 02.02.2024- cü il



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar