Xəbər lenti

İmişli rayonunun Bəcirəvan, Qaravəlili və Mirili kənd seçiciləri ilə görüşlər keçirilib - FOTO 0

Tarix: 02-02-2024 18:50     Baxış: 1 435

İmişli seçiciləri əmindir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də İmişli rayonunun Bəcirəvan, Qaravəlili və Mirili kənd seçiciləri ilə görüşlər keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Səlim Məhərrəmov və Cəlil Əliyev çıxış ediblər. Natiqlər əminliklə qeyd ediblər ki, ilk dəfə bütöv Azərbaycan ərazilərini əhatə edəcək Zəfər seçkilərinin qalibi cənab İlham Əliyev olacaq.

Həmçinin, gün ərzində YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev İmişli şəhəri ərazisində “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq fərdi görüşlər keçirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar