Şəmkir Rayon İcra Hakimiyyətində 2 fevral Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib - FOTO
Şəmkir Rayon İcra Hakimiyyətində 2 fevral Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib.
Mubarizciler.az xəbər verir ki, başçısı Rəşad Tağıyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına verdiyi töhfədən danışıb.
İcra başçısı bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan dövlətinin güclənməsi, möhkəmlənməsi və inkişafında sağlam mühitdə yetişən gənclərin rolu daha da artır, onlar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır.
Azərbaycan gəncliyinin yüksək vətənpərvərliyindən bəhs edən Rəşad Tağıyev Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qarabağ Zəfərinin qazanılmasında, antiterror əməliyyatlarında, cəmiyyətin həyatının müxtəlif sahələrinin tərəqqisində gənclərin müstəsna rolundan danışıb.
İcra başçısı bildirib ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəmanlar arasında olan şəmkirli gənclər də adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar.
Tədbirin sonunda Şəmkir rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc RİH başçısının Təşəkkürnamələri ilə təltif edilib.
Sonda xatirə fotosu çəkilib.
Xəbəri paylaş