Xəbər lenti

Həyatda hər bir kamil insanın xarakterini müəyyənləşdirən xüsusi və həlledici xüsusiyyətlər var 0

Tarix: 01-02-2024 21:54     Baxış: 966

Həyatda hər bir kamil insanın xarakterini müəyyənləşdirən xüsusi və həlledici xüsusiyyətlər var. 

Cəmiyyətdə seçilmiş insanların çoxluq tərəfindən sevilməsi, hörmətə layiq görülməsi və fərqlənməsi bu önəmli xüsusiyyətlərin üzə çıxmasından başlayır. Davranışı, əqli, fikri və ədəb- ərkanı ilə özünü təsdiq edən, əməyi ilə həyatın gözəlliyini artıran namuslu insan şəxsiyyətdir. 

  Ürəyi günəş kimi isti, mayası xeyirxahlıqla yoğrulan Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun gənc dövlət qulluqçuları olan məsləhətçi vəzifəsində çalışan Aynur xanımı, Aytac xanımı, Mirabbas müəllimi tanıyan hər kəsdə sonsuz sadəliyi ilə heyrət doğuran belə bənzərsiz insanlardan biri haqqında fikirlərimi sevərək qələmə almaq keçdi ürəyimdən.

  Məlum məsələdir ki, insanın mükəmməlliyi də, milli- mənəvi ruha köklənməsi də onun soykökünün şərəfli və ləyaqətli olmasından başlayır.

  Gənc məsləhətçilərin büllur kimi təmiz adları harada çəkilirsə, orada insanların üzünə xoş təbəssüm qonur və adamı iftixar hissi bürüyür. Çox hörmətli gənc məsləhətçilər hər vaxt öz qürurlarını və bütövlüklərini qoruyan, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran əliaçıq, təmkinli, qəlb ovudub, könül tikən, elmli və geniş dünyagörüşlü dövlət qulluqçularıdılar.  İllərdir sözün tam mənasında insanlıqlarına, qeyri-adi səmimiliyinə, ətrafında olan hər bir kəsə göstərdikləri diqqətlərinə  və mərhəmətlərinə məftun olduğum, pafoslu       "sağ ol "ları və təşəkkürləri sevməyən, etdikləri yaxşılıqları dilə alınmasına ehtiyac duymayan gənc məsləhətçilər haqqında yazdığım yazıda bu üzdən necə ehtiyatla davranmağıma tək özüm şahidəm. 

  Yetərincə təvazökarlığa sahib olan bu gənc məsləhətçilər haqq sayına və yaxşılıqlarına rəğmən kimlərinsə bir kəlmə minnətdarlıq bildirməsinə əsla izin verməzlər və hətta bundan narahat olarlar. Bu da "sağ olun" demək istəyənin sözünü ehmalca kəsib " siz də belə edərdiniz " deyib keçən, " əl tutmaq Əlidən qalıb " fikrinə önəm verən, " Allah hər şeyi görüb- biləndir " düşünən yüksək mənəvi dəyərlərə xidmət edən insanın möhtəşəmliyinin bariz nümunəsidir. 

  Təəssüf ki, gördüklərimin və demək istədiklərimin hamısını bir yazıda işıqlandıra bilmirəm. Lakin, insanı təəccübləndirən danılmaz məqamları öz qəlb süzgəcimdən bacardığım qədər keçirib, ön və son sözə yer vermədən , qəlbimdə iftixar və minnətdarlıq duyğusu ilə öz düşüncələrimi qələmimə pıçıldayıram.

  Peşəkarlığı və qayğıkeşliyi ilə seçilən,  şərəfli və çətin vəzifələrinin öhdəsindən layiqincə gələ bilən Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun gənc məsləhətçiləri Aynur xanımı, Aytac xanımı, Mirabbas müəllimi 2 Fevral Gənclər Günü münasibətilə səmimi qəlbdən TƏBRİK edirəm, 

 Allahtaladan sağlam can sağlığı və uzun ömür, dövləti fəaliyyətində uğurlar arzulayıram! 

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun gənc dövlət qulluqçuları məsləhətçilər Aynur xanımı, Aytac xanımı, Mirabbas müəllimi səmimi qəlbdən TƏBRİK edirəm! 

   Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi siyasət daha da qətiyyətlə həyata keçirilir. Bu gün ölkənin hər yerində Azərbaycan gəncləri öz bayramlarını uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır.

  Bu gün Azərbaycan gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. 

  Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir , bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

   Bu gün 2 Fevral Gənclər Günü qeyd edən Azərbaycan gəncliyinin tarixi ədaləti bərpa etməkdə rolu əvəzsizdir və danılmazdır.


Hörmətlə, 

  TƏHSİL işcisi Eminov Neman Bayram oğlu

   Tarix: 01.02.2024- cü il 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar