Xəbər lenti

Goranboy rayonunda "Azərbaycan Gəncləri Günü" qeyd edilib - FOTO 0

Tarix: 01-02-2024 20:49     Baxış: 770

01 fevral 2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı ilə "Azərbaycan Gəncləri Günü" münasibəti ilə "Gəncliyimiz Qürur Mənbəyimizidir!" adlı konfrans təşkil edildi.

Mubarizciler.az xəbər verir ki,  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib. Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Goranboy rayonu üzrə gənclər və idman sektorunun müdiri Cəfər Verdiyev, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Fərid Əliyev, Goranboy Gənclər Evinin metodisti Nəzrin Quliyeva və digər natiqlər əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş "Dövlət gənclər siyasəti", Respublikamızda idmana göstərilən qayğı və Vətən Müharibəsində qazanılmış Tarixi Zəfərimizi tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Tədbirdə iştirak edən gənclərin təklifləri qeydə alınaraq, sualları geniş şəkildə cavablandırıldı. 

Ənənəvi olaraq ilin nominasiyaları üzrə xidməti və ictimai fəaliyyətində fərqlənən gənclər fəxri fərman ilə təltif olundu.

 


Sonda Gənclər Günü münasibəti ilə tort kəsildi və xatirə şəkli çəkildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar