Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboy rayon Aşağı və Yuxarı Ağcakənd və Qarqucaq kənd seçiciləri ilə görüş keçirilib - FOTO 0

Tarix: 01-02-2024 19:39     Baxış: 2 135

Əsrə bərabər 20 il.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Goranboy rayon Aşağı və Yuxarı Ağcakənd və Qarqucaq kənd seçiciləri ilə görüş keçirilib.

Mubarizciler.az. xəbər verir ki,  Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Cavid Mustafayev, İlhamə Qasımova, İsgəndər Səklikov, İbrahim Həsənov,  Kəmalə İsmayılova, Ruslan Əmrahov və Xalis Orucov çıxış ediblər.

Natiqlər son 20 ilin Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu, gələcək inkişaf konsepsiyasının uğurlu icrası üçün növbəti dövrdə cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsinin olduqca zəruri olduğunu bildiriblər. Onlar seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, həmçinin rayonun Börü kənd seçiciləri ilə fərdi görüş keçirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar