Xəbər lenti

Gəncədə hesabat tədbiri keçirilib - FOTO 0

Tarix: 01-02-2024 14:05     Baxış: 1 344

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında idarə müdiri, idarə əməkdaşları və sektor müdirlərinin iştirakı ilə hesabat tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, Hesabat tədbirində Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva ay ərzində həyata keçirilən monitorinqlər, dərsdinləmələr və digər mövzular barədə çıxış edib.

Tədrisin keyfiyyəti sektorunun əməkdaşları inklüziv təhsil, icma əsaslı məktəbəqədər təhsil qrupları, peşə təmayüllü sinifləri, STEAM və Rəqəmsal bacarıqlar mövzusunda təqdimatla çıxış ediblər.

İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov sənədlərlə və vətəndaşlarla iş, sosial şəbəkə hesabları ilə iş, təhsil müəssisələri üzrə işə qəbul, aparat və sektorlar üzrə işə qəbul, çalışmanın yaş həddinə çatan və müddətli əmək müqaviləsi ilə çalışan işçilərlə işin təşkili, dərs saatlarının idarə olunması, intizam tənbehi mövzularında çıxış edib.

Sektorun əməkdaşları məktəbəqəbul, şagird yerdəyişməsi və ictimaiyyətlə əlaqələr mövzularında təqdimatla çıxış edib.

Hesabat tədbrinin davamında Samux rayonu üzrə təhsil sektorunun müdiri Nurlana Həsənova və Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov ay ərzində görülən işlərlə bağlı hesabatla çıxış edib. 

Tədbirin davamında GDRTİ-nin müdiri Anar Qədiməliyev təqdimatlarla bağlı qeydlərini bildirib, hədəflər və görüləcək işlər barədə məlumat verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar