Xəbər lenti

Goranboy rayonunun Qaraçinar, Yenikənd, Şəfəq, Tatarlı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib - FOTO 0

Tarix: 01-02-2024 11:18     Baxış: 1 750

Goranboylular ölkənin uğurlu inkişafına səs verəcəklər.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Goranboy rayonunun Qaraçinar, Yenikənd, Şəfəq, Tatarlı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri İlhamə Qasımova, Azad Əhmədov, Göyüş Nağıyev, Cavid Mustafayev, İsgəndər Səklikov, İbrahim Həsənov,  Kəmalə İsmayılova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ölkəmiz tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb.

Azərbaycanın möhtəşəm nailiyyətlərə doğru inamla addımladığını vurğulayan natiqlər seçiciləri bu yolda cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, rayonun Safıkürd kəndində seçicilərlə fərdi görüş də keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar