Xəbər lenti
2-09-2026, 15:00
 

İmişli rayonunun Telişli, Allahmədətli, Məmmədli, Əliyetməzli və Ağamalılar kəndlərində seçicilərlə görüş keçirilib - FOTO 0

Tarix: 31-01-2024 22:15     Baxış: 1 659

Yeni hədəflərə, yeni zəfərlərə doğru.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da İmişli rayonunun Telişli, Allahmədətli, Məmmədli, Əliyetməzli və Ağamalılar kəndlərində seçicilərlə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Səlim Məhərrəmov, Ziya Paşayev, İsrəfil Quliyev və Qalib Mirzəyev çıxış ediblər.

Çıxışlarda diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, bütün sahələrdə əsl intibahın yaşandığı bir dövlətə çevrilib.

Natiqlər seçiciləri Azərbaycanın bundan sonrakı dövrdə də tərəqqi və Zəfər yolunda inamla irəliləməsi, parlaq nailiyyətlər qazanması, yeni zirvələr fəth etməsi üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün rayonun müxtəlif ərazilərində seçicilərlə fərdi görüşlər də keçirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar