Goranboy rayon Qızılhacılı, Goran qəsəbəsi və Aşağı Ballıqaya, Balakürd, Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndlərində yaşayan seçicilərlə görüş keçirilib - FOTO 0
Goranboy seçiciləri qalib Liderə səs verəcəklər.
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Goranboy rayon Qızılhacılı, Goran qəsəbəsi və Aşağı Ballıqaya, Balakürd, Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mubarizciler.az xəbər verir ki, Görüşdə YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev, təşviqat qrupunun üzvləri Rəddin Məmmədov, İsgəndər Səklikov, Göyüş Nağıyev, Ruslan Əmrahov və Xalis Orucov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyada qüdrətli dövlət kimi böyük nüfuz qazanıb.
Ölkəmizin suverenliyinin tam bərpası qalib Liderin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərdir.
Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və YAP-ın namizədi cənab İlham Əliyevə səs vermək üçün seçicilərə çağırış ediblər.
Qeyd edək ki, Goranboy şəhərində fərdi görüşlər də keçirilib.
Xəbəri paylaş