Xəbər lenti
2-09-2026, 15:00
 

Baş Prokurorluqda ATƏT-in DTİHB Seçki Müşahidə Missiyası ilə görüş keçirilib - FOTO 0

Tarix: 31-01-2024 16:55     Baxış: 1 337

Yanvarın 31-də Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ouen Mörfinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki,  bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Cari ilin fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Elçin Məmmədov seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Ouen Mörfi ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin önəmini vurğulayıb. Missiya rəhbəri Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar