Xəbər lenti

Qeyri-adi peşəkarlığı ilə şöhrətlənən Goranboy Təhsili 0

Tarix: 31-01-2024 14:03     Baxış: 1 141

HƏR SÖZÜ,  HƏR BİR HƏRƏKƏTİ BÜTÜN PEDAQOJİ KOLLEKTİV ARASINDA NÜMUNƏYƏ ÇEVRİLƏN NÜFUZLU RƏHBƏRƏ EŞQ OLSUN ! 

Qeyri-adi peşəkarlığı ilə şöhrətlənən, TƏHSİL sahəsinə töhfələrini verən, peşəkar müəllim peşəsinin vurğunu, idarəçilikdə xüsusi ilə fərqlənən nüfuzlu məktəb direktoru  böyük qəlbli insan, T. Məmmədov adına Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbinin direktoru Səadət Abbasova öz əməli fəaliyyəti ilə minlərlə insanın rəğbətini qazanmışdır. Gərgin əməyi ilə illərdir  yeniliklərə imza atan çox hörmətli Səadət müəllimə nadir istedadlı şəxsiyyət kimi tanınır. Çox hörmətli Səadət  müəllimənin hər sözü, hər bir hərəkəti bütün  rəhbərlik etdiyi kollektiv arasında nümunəyə çevrilib. Bu gün Səadət  müəllimənin verdiyi tövsiyələr onun ziyalılığının nümunəsidir. 

  İnsana yardım göstərmək, qanunçuluq uğrunda mübarizə aparmaq Səadət  müəllimənin əsl humanist xidmətlərindən biri kimi diqqəti çəkir. 

  Çox hörməti Səadət  müəllimə işinin gərginliyinə baxmayaraq həmişə bir rəhbər kimi mülayimliyi ilə, həssaslığı və insanlara olan mehribanlığı ilə seçilir. Özünün insani təravəti , səmimiliyi, başqalarının kədərinə yanması, köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi  dəyərləri sırasında hallanır.

  Mən gələcəyə nikbin baxıram. Ona görə ki, Səadət  müəllimə kimi nüfuzlu məktəb direktoru bu gün Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbinə rəhbərlik edir. Aidiyyatı qurumların rəhbərlərinə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm ki, Səadət müəllimə kimi nüfuzlu rəhbərin Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilib , bu vəzifədə çalışmasına şərait yaradırlar. 

 Səadət müəllimə   nüfuzlu rəhbər olmaqla yanaşı savadlı, bacarıqlı müəllimədir, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən nüfuzlu rəhbərdir. 

   Ali təhsilli işsiz vətəndaş olaraq mənim Səadət müəlliməyə etdiyim ərizəmi yüksək səviyyədə qəbul edərək rəhbərlik etdiyi məktəbdə işlə təmin olunmağıma razılıq verməsi  Səadət müəlliməyə olan vətəndaş məmnunluğunu bildirməyi özümə borc bildim.

    T. Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbində yüksək səviyyədə nizam, intizam, təlim, tədrisin keyfiyyətinin yüksəldilməsi, işçilərə olan ehtiram , hörmət yüksək səviyyədədir. 

   Buna görə mən məktəbin direktoru Səadət müəlliməyə, pedaqoji, texniki şöbənin kollektivinə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.


  Hörmətlə,

  TƏHSİL işcisi  Eminov Neman Bayram oğlu

  Tarix: 31.01.2024- cü il



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar