Xəbər lenti

Əslində , peşəkarlıq olmayan yerdə uğurlu fəaliyyətdən danışmaq olmaz 0

Tarix: 31-01-2024 10:35     Baxış: 735

Ulu öndər, dahi şəxsiyyət ölməz liderimiz Heydər Əliyev demişdir : Gənclər bizim gələcəyimizdir !          PEŞƏKARLIĞI VƏ QAYĞIKEŞLİYİ İLƏ SEÇİLƏN gənc dövlət qulluqçusuna eşq olsun! 

 Şəxsən mənim üçün peşəkarlıq yalnız fərdi qabiliyyətlərin və təcrübəli fəaliyyətin birgə nəticəsi demək deyildir. 

 Peşəkarlıq - məşğul olduğun sahədə işi yüksək səviyyədə təşkil etmək, lazımı biliklərə, nəzəri və praktiki hazırlığa malik olmaq, problemləri görmək və onları aradan qaldırmağı bacarmaq , həlli vacib olan məsələləri dəqiq müəyyənləşdirib yerinə yetirmək, müasir iş metodlarına yiyələnmək və onları praktiki fəaliyyətdə tətbiq etmək, xidməti vəzifələrin icrasına vicdanla , böyük məsuliyyətlə yanaşmaqdır.

 Əslində , peşəkarlıq olmayan yerdə uğurlu fəaliyyətdən danışmaq olmaz.

  PEŞƏKARLIĞI VƏ QAYĞIKEŞLİYİ İLƏ SEÇİLƏN  gənc dövlət qulluqçusu, Goranboy - Naftalan rayonları üzrə Təhsil Sektorunun məsləhətçisi Mirabbas Məmmədov  qarşısında qoyulan başlıca vəzifələrdən biri təhsil  işçisi olaraq qanunçuluğa riayət edir, mədəniyyəti, nəzakətli davranışı ilə nümunə olaraq fərqlənir, hər bir hərəkətinin arxasında dövlətin nüfuzunun , imicinin dayandığını dərk edir. Xidməti borca sadiq olaraq,  əzm və fədakarlıqla çalışaraq cəmiyyətdə nüfuzunun ona olan inamının artırılması üçün biliyini , qüvvə və bacarığını əsirgəmir. 

  Gənc dövlət qulluqçusu Mirabbas  müəllim daim axtarışda olaraq öz üzərində işləyir , qanunvericilik aktlarını, müasir təhsil standartlarını,  tələblərini dərindən öyrənir, bilir.

 İnsan hüquq və azadlıqlarının qorunması sahəsində  çox hörmətli Mirabbas müəllimin fəaliyyəti yüksələn xətt üzrə inkişaf etməsi artıq faktdır. 

 Çox hörmətli Mirabbas müəllimin iş fəaliyyətinin , gecə- gündüzlü zəhməti nəticəsində müasir standartlar səviyyəsində təşkilinə yönəlmiş islahatlar və inkişaf dövrünü yaşayan TƏHSİL  sahəsində xidmət üçün qanunun aliliyinin təmin edilməsi , insan faktoru, təhsilin inkişafının  uğurla aparılması əsas prioritetlərdir. 

  PEŞƏKARLIĞI VƏ QAYĞIKEŞLİYİ İLƏ SEÇİLƏN ŞƏRƏFLİ və ÇƏTİN  vəzifəsinin öhdəsindən gənc olmasına baxmayaraq layiqincə gələ bilən əməkdaşı Mirabbas  müəllimə dövləti  fəaliyyətində uğurlar arzulayıram, 02 fevral Gənclər Günü münasibətilə səmimi qəlbdən TƏBRİK edirəm !  

 Hörmətlə, 

   Təhsil işçisi Eminov Neman Bayram oğlu

  Tarix : 31.01. 2024- cü il



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar