Goranboy rayonunun Xınalı, Qırıxlı, Kələk, Qaramusalı, Səmədabad, Kəhrizli, Xəsədərli kəndlərində yaşayan seçicilərlə görüş keçirilib - FOTO 0
Yüksək rifah naminə!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Goranboy rayonunun Xınalı, Qırıxlı, Kələk, Qaramusalı, Səmədabad, Kəhrizli, Xəsədərli kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mubarizciler.az-ın məlumatına görə, Görüşlərdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Cavid Mustafayev, Azad Əhmədov, İbrahim Həsənov, İsgəndər Səklikov, Sərvan Bayramov, Sakit Məmmədov və Ürfət Həsənov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev 20 il ərzində dövlət və xalq üçün misilsiz işlər görüb. Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, bütün sahələrdə əsl intibahın yaşandığı bir dövlətə çevrilib.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, Goranboy rayonunda yaşayan seçicilərlə fərdi görüşlər də keçirilib.
Xəbəri paylaş