Xəbər lenti

Anar Qədiməliyev Göygöl rayonunda səyyar qəbul keçirib - FOTO 0

Tarix: 30-01-2024 12:20     Baxış: 2 044

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Göygöl rayon Firuzabad qəsəbəsində vətəndaşların təhsillə bağlı mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul keçirib.

Mubarizciler.az xəbər verir ki, İdarə müdiri əvvəlcə məktəb kollektivi ilə tanış olub, onları dinləyib, məktəbin pedaqoji fəaliyyəti ilə tanış olub. Daha sonra idarə müdiri vətəndaşların müraciətlərini dinləyib.

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş qəbulunda əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşların Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etmək imkanlarını artırmaqdan ibarətdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar