Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Heydər oğlu Əliyevə səs vermək ən doğru seçim olar 0
Ölkəmizdə çox mühüm siyasi bir mərhələ başlayıb, növbədənkənar prezident seçkiləri ilə bağlı hazırlıq işləri aparılır.
30 ildən sonra işğaldan azad edilmiş müqəddəs ərazilərimiz də ilk dəfə olaraq növbədənkənar prezident seçkiləri keçiriləcək.
Şəhid ailəsi olaraq inanıramki 2024-cü il Fevralın 7-də bütün şəhid ailələri, qazilərimiz səsverməyə fəal şəkildə qoşularaq onlar da qürurlu seçici-vətəndaş olaraq mövqe nümayiş etdirərək, Azərbaycanın xoşbəxt gələcəyinə, Qalib Xalqın Qalib Liderinə, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevə səs verəcəklər. Bu, bizim növbəti Zəfərimiz olacaq. Bəli, bu prezident seçkiləri məhz Zəfər seçkisi kimi tariximizə yazılacaq.
Şəhid ailəsi üçün bundan böyük qürur və təskinlik ola bilməz!.
Mubarizciler.az xəbər verir ki, bu barədə 44 günlük Vətən müharibəsinin Şəhidi Goranboy rayon Muzdurlar kənd sakini, Mayor Əlövsət Əli oğlu Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova paylaşım edib.
Tarixi və müqəddəs Zəfərdən sonra Ali Baş Komandan cənab İlham Əliyevdən və şəhidlərimizdən bizə əmanət qalan Qarabağın yenidən bərpası, dirçəldilməsi, cənnət məkanına çevrilməsi işlərinə, böyük qayıdışa dəstək olmaq hər birimizin borcudu.
Bizlər ailə olaraq yarım qalmış arzularımızı müqəddəs Qarabağ torpaqlarımızda dəfn etmişik, şəhidlərimiz xalqın ölmüş Qarabağ ümidinə yeni nəfəs verərək Qarabağ torpağından Zəfərin şəhidlik zirvəsinə, məqamına ucaldılar, xalqımızı və millətimizi Qalib Xalq və Qalib Millət olaraq özləri ilə birgə ucaltdılar.
Bəli şəhidlərimiz cənab Ali Baş Komandan İlham Əliyevin siyasətinə dəstək olaraq bu yolda sonadək addımladılar, son damla qanları və canları bahasına. Bu gün şəhidlərimiz ucaldıqları zirvədən Qalib Xalqın Qalib vətəndaşlarından onların ruhlarını şad etmələrini gözləyirlər 7 Fevral növbədənkənar prezident seçkiləri günü.
Şəhidlər hamımızın şəhididi, şəhidlərimizə borcluyuq və onların borclarını qaytara bilmərik deyənlər üçün 7 Fevral növbədənkənar prezident seçkiləri günü həmin borcun bir hissəsini qatarmaq fürsəti yaranıb, hamılıqla şəhidlərimizin ruhunu şad edib, Qalib Azərbaycanın işıqlı gələcəyinə və Qalib Xalqın Qalib Lideri Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Heydər oğlu Əliyevə səs vermək ən doğru seçim olar.
Biz şəhid ailələri hər zaman prezidentimiz cənab İlham Əliyevi maddi və mənəvi dəstəyi ilə hər zaman ailəmizdə övladlarımızın yanında hiss eləmişik.
Şəhid ailələri olaraq hər zaman prezidentimizin yanındayıq, 7 Fevral prezident seçkiləri günü şəhid ailələri və xalqımız prezidentin ətrafında sıx birləşərək, birliyimizi və bərabərliyimizi dünya ölkələrinə çatdırmalıyıq və nəticə olaraq da şəhidlərimizin ruhun şad etmiş, cənab Ali Baş Komandan İlham Əliyevin siyasətinə dəstək olaraq Qarabağ torpaqlarına birgə yeni nəfəs verənlərdən olacağıq.
Biz artıq Qalib Xalq və Qalib Millətik.Qalib Millət olaraq bundan sonra da növbəti qələbə və zəfərlərə imza atacağıq.
Dövlət və Millət olaraq hər zaman bacarmışıq, bacarırıq və bacaracağıqda.
Xəbəri paylaş