Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboy şəhərində qadın seçicilərlə görüş keçirilib - FOTOLAR 0

Tarix: 29-01-2024 22:41     Baxış: 1 323

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Goranboy şəhərində qadın seçicilərlə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Azad Əhmədov, Ürfət Həsənov, Xalis Orucov, Solmaz Baxşəliyeva, Ülkər Hümbətova, və İlhamə Quluyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dövlətimizin başçısının apardığı siyasətin əsas qayəsini “Biz birlikdə güclüyük” tezisi təşkil edir. Ölkə rəhbəri xalqa arxalanaraq Azərbaycanı daim inkişafa doğru aparır.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək ölkəmizə parlaq qələbə bəxş edən qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində  Goranboy rayonunun Muzdurlar, Yolpaq, Əhmədabad kəndlərinin seçicilərilə, o cümlədən Goranboy şəhərində yaşayan ən yaşlı seçici ilə fərdi görüş keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar