İlk dəfə səs verəcək Gənc seçicilərlə görüş keçirilib - FOTO 0
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Gəncə şəhərində İlk dəfə səs verəcək Kəlbəcərli Gənc seçicilərlə görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov və Kəlbəcərli Gənclər iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.
Görüşdə ilk dəfə seçkilərdə iştirak edəcək gənclərə uğurlar arzulanıb. Bildirilib ki, gənclərin bütün sahələrdə aktiv fəaliyyəti ilə seçilməsi, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynaması onlara verilən yüksək dəyərin nümunəsidir. 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək.
Çıxışlarında natiqlər geniş şəkildə gənclər arasında maarifləndirmə işinin təşkili, xüsusən ilk dəfə səs verənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi məqsədi ilə seçki prosesi haqqında gənclərə məlumat vermişlər.
Görüşdə çıxış edən Kəlbəcərli Gənclər Prezident İlham Əliyevlə qürur duyduqlarını və bütün Gəncləri 7 fevral ölkəmizdə keçiriləcək prezident seçkilərində yetkinliklə İlham Əliyev cənablarına səs verməyə çağırıblar. Kəlbəcərli Gənclər seçimlərinin cənab İlham Əliyev olacağını əminliklə ifade ediblər!
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbəri paylaş