7 fevral seçkilərində iştirak etməklə bütöv Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşayacağıq 0
Zəfər seçkiləri kimi tarixə düşəcək 7 fevral seçkilərində iştirak etməklə bütöv Azərbaycanın vətəndaşı olmağın qürurunu yaşayacağıq.
Azərbaycan ərazilərinin erməni silahlı qüvvələrindən azad edilməsindən və Ordumuzun Xankəndinə daxil olmasından və qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilməsindən sonra Cənubi Qafqazda tamamilə yeni və geosiyasi reallıq yaranıb. İlk dəfə olaraq, demək olar ki, Azərbaycanın bütün ərazisində prezident seçkiləri keçiriləcək.
Azərbaycan xalqı prezident seçkilərini yeni şəraitdə keçirəcək və 7 fevral seçkilərini əvvəlki seçkilərdən fərqləndirən də məhz budur. Bir sözlə , 7 fevral növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaq.
Azərbaycan xalqının ən böyük problemi olan Qarabağ münaqişəsinin həll olunmasında Möhtərəm Cənab Prezident İlham Əliyevin imzası var. 2023- cü ilin oktyabr ayının 15- də Prezidentimiz Xankəndinin mərkəzi meydanında Azərbaycan bayrağını yüksəltməklə ərazi bütövlüyümüzün bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, xalq qarşısında verilmiş ən böyük vədin yerinə yetirilməsi idi : 30 ildən sonra Azərbaycan bayrağı ölkənin bütün ərazisində dalğalandı. Azərbaycan xalqının 20 il əvvəl qəbul etdiyi qərarın nə qədər müdrik olduğunu Prezident İlham Əliyevin bu sözləri bir daha nümayiş etdirdi: " Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi " .
Ata vəsiyyətini yerinə yetirdim.
Azərbaycan vətəndaşı 2024- cü il fevralın 7- də keçiriləcək növbədənkənar prezident seçkilərinə tam fərqli hisslərlə gedəcək. 30 il öncə hamımız seçkilərn , demək olar ki, 20 faizində keçirilməyən ölkənin vətəndaşı idik. Çox şükürlər olsun ki, bütövləşən Azərbaycan Respublikasında işğaldan azad olunmuş torpaqlarımızda da 7 fevral 2024- cü il tarixində prezident seçkiləri keçiriləcək.
Zəfər tarixini bizlərə yaşadan baş tacımız olan ƏZİZ ŞƏHİDLƏRİMİZƏ Allahtaladan rəhmət Qazilərimizə şəfa diləyirəm.
Yaşasın Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, eşq olsun Azərbaycan Respublikasının Müzəffər Ordusuna !
Hər birimiz bütövləşən Azərbaycan Respublikasında 7 fevral 2024- cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edərək Qalib dövlətin Qalib lideri Möhtərəm Cənab Prezident İlham Əliyevə səs verəcəyik.
Hörmətlə,
Təhsil işçisi Eminov Neman Bayram oğlu
Tarix : 29.01.2024- cü il
Xəbəri paylaş