Xəbər lenti

Qətlə yetirilən hərbçinin fotosu 0

Tarix: 27-01-2024 21:40     Baxış: 1 449

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, mayor Abdullayev Amil Hümbət oğlu qətlə yetirilib.

Mubarizciler.az xəbər verir ki, sosial şəbəkələrdə qətlə yetirilən hərbçinin fotosu yayılıb.

Həmin fotonu təqdim edirik:

Xatırladaq ki, fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub. O, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar