Xəbər lenti
18-11-2024, 12:06
 

Kəlbəcərli Gənc seçicilərlə görüş keçirilib - FOTO 0

Tarix: 27-01-2024 11:45     Baxış: 1 281


2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-də Gəncə şəhərində Məcburi Köçkünlər üçün salınmış 1500 ailəlik yeni qəsəbədə və ətrafda yaşayan Kəlbəcərli Gənc seçicilərlə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki,  Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının məsləhətçisi Elçin Salahov, Təbliğat-təşviqat qrupun üzvü Ramiz Əliyev, Gülüstan Fərəcova, Alı Həsənov Kəlbəcərli Gənclər, Gənc tələbələr, Şəhid ailələri və qazilər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, müzəffər və yenilməz Ordumuzun şücaəti sayəsində Azərbaycanın əldə etdiyi şanlı Qələbədən danışılıb. Gənclərimizə ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyan növbəti Prezident seçkiləri haqqında, eyni zamanda ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Ölkəmizdə son illərdə dövlət-gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərimizin rayon ictimai- siyasi həyatındakı fəal rolunu diqqətə çatdırıblar.

Natiqlər ilk dəfə səs verənləri təbrik etməklə onları qarşıdan gələn növbədən kənar Prezident seçkilərində fəal iştiraka etməyə dəvət ediblər.

Görüşdə çıxış edən Kəlbəcərli Gənclər Azərbaycanı irəliyə aparan, ölkəmizin müasir dövlət kimi nüfuzunu artıran, dövlətimizin suverenliyini bərpa edən, insanların layiqli həyat şəraitini təmin edən Prezident İlham Əliyevlə qürur duyduqlarını və bütün Gəncləri 7 fevral ölkəmizdə keçiriləcək prezident seçkilərində yetgiliklə İlham Əliyev cənablarına səs verməyə çağırıblar. Kəlbəcərli Gənclər seçimlərinin cənab İlham Əliyev olacağını əminliklə ifade etdilə!

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar