Xəbər lenti

2024-cü il yanvarın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib 0

Tarix: 26-01-2024 22:57     Baxış: 1 015


Məzahir Pənahovun sədrliyi ilə yanvarın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 15 yanvar, 18 yanvar və 20 yanvar 2024-cü il tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində “exit-poll” keçirilməsi niyyəti ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“Oracle Advisory Group” (Amerika Birləşmiş Ştatları) ilə birgə)”, “Rəy” Monitorinq Mərkəzi və “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC tərəfindən Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətlərə baxılıb. Komissiya üzvləri və iclas iştirakçıları bununla bağlı ətraflı məlumatlandırıldıqdan və aparılan geniş müzakirələrdən sonra sözügedən qurumların müraciətlərinin təmin edilməsinə və Prezident seçkilərində "exit-poll” keçirmək üçün qeydə alınmalarına qərar verilib.

İclasda daha sonra Mərkəzi Seçki Komissiyasının qərarı ilə seçkilərdə qeydə alınmış namizəd tərəfindən təqdim olunan vəkil edilmiş şəxslər qeydə alınıb.

Beynəlxalq müşahidəçilər, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media nümayəndələrinin iştirak etdiyi iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də edilib, həmçinin cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin

Media və kommunikasiya şöbəsi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar