Xəbər lenti

Göygöl rayon Çaykənd kəndində seçicilərlə görüş keçirilib - FOTO 0

Tarix: 26-01-2024 21:16     Baxış: 931

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Göygöl rayon Çaykənd kəndində yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Təbliğat-təşviqat qrupun üzvü Mirzəli Məmmədov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər.

İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşdə çıxış edən ziyalılar Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin gördüyü işlər nəticəsində ölkədə əldə edilən inkişaf haqda seçicilərə geniş məlumat veriblər. Natiqlər vurğulayıblar ki, Azərbaycanda mühüm siyasi proseslə bağlı geniş təbliğat-təşviqat işləri aparılmaqdadır: “Bu gün ölkədə hərtərəfli inkişaf müşahidə olunur. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir. Məhz ölkədə gedən abadlıq-quruculuq prosesi bu gün işğaldan azad olunmuş ərazilərdə sürətlə gedir. Buda Azərbaycan dövlətinin hər sahədə gücünün göstəricidir.

Çıxış edən seçicilər Kəlbəcərlilərin Ulu Öndər Heydər Əliyevin irsinə sadiqliyini, cənab Prezident İlham Əliyevin dəmir yumruğu ətrafinda birləşərək hər zaman olduğu kimi bu seçkilərdə də dəstək verəcəklərini əminliklərini ifadə ediblər.  

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar