Goranboy rayon Məcburi köçkün şəhərciyində seçicilərlə görüş keçirilib - FOTO 0
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Goranboy rayon Məcburi köçkün şəhərciyində yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirilib.
Mubaizciler.az-ın məlumatına görə Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Kəlbəcər rayon komitəsinin sədri Məhiyyədin Əbdürrəhmanov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər.
Çıxış edən natiqlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Görüşlərdə Azərbaycanın son 20 ildə keçdiyi tarixi inkişaf yolu, bütün sahələrdə əldə olunan uğurlar, aparılan uğurlu siyasətin ölkəmizin milli gücünün artmasını təmin etdiyi diqqətə çatdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün vədlərini yerinə yetirib, Azərbaycan xalqına tarixi qələbəni qazandırdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu baxımdan ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində keçiriləcək seçkilərin "Zəfər seçkiləri" adlandırılması bu seçkilərin mahiyyət və əhəmiyyətini bir daha göstərir.
Görüşdə çıxış edən seçicilər 7 fevral prezident seçkilərində fəal iştrak edəcəklərini, seçki məntəqələrinə gələrək hamılıqla Qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verəcəklərini əminliklə ifade ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbəri paylaş