Xəbər lenti
18-11-2024, 12:06
 

Anar Məmmədov: Erməni lobbisinin girovuna çevrilən AŞPA 0

Tarix: 26-01-2024 20:12     Baxış: 1 253

İnsan hüquqları və demokratiyadan, demokratik dəyərlərdən bəhs edən qurumların ayrı-ayrı regionlar və ölkələrə yanaşmasında ikili standartlar siyasəti və selektiv münasibətə rast gəlinir. Bəllidir ki, bu hallar daha çox özünü dünyaya “demokratiya keşikçisi” kimi təqdim edən Qərbin, xüsusilə də Avropanın müvafiq təşkilatlarının mövqeyində özünü göstərir. İkili standart faktı burada görünür ki, Avropada son zamanlar insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar ortada olduğu halda, sözügedən qurumlar - təşkilatlar susqunluq nümayiş etdirirlər. 

Məlum olduğu kimi, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edib və buna görə heç bir əsası olmayan iddialar təqdim olunub. Həqiqəti əks etdirməyən iddialara görə, Azərbaycan AŞPA qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmir, təşkilatla əməkdaşlıq xəttinə sadiq deyil. Buna səbəb olaraq da bildirirlər ki,  2023-cü il aprelin 23-də Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edib. Habelə bura səfər etmək istədiklərini bildirsələr də müsbət cavab ala bilməyiblər. Əslində isə Azərbaycan dövləti həm Vətən müharibəsində, həm də ötən ilin 19-20 sentyabr tarixlərində keçirdiyi lokal antiterror tədbirləri sayəsində ərazi bütövlüyünü, suverenliyini təmin etdiyi halda AŞPA Azərbaycanın Qarabağdakı lokal antiterror tədbirlərini pisləyən qətnamə qəbul etdi, sənəddə Qarabağın erməni əhalisinin guya məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı iddia edildi, həmçinin qətnamədə onların Azərbaycan hakimiyyətinin "ermənifobiya siyasəti" səbəbindən öz vətənini tərk etdiyi barədə sərsəm fikirlər də yer aldı və bununla da AŞPA Azərbaycan həqiqətlərini təkzib etməyə çalışdı. Həqiqəti əks etdirməyən bu cür sənədlərin qəbulu AŞPA-nın timsalında bəzi beynəlxalq təşkilatların siyasi məsələlərə selektiv yanaşmasının və işğalçı dövləti dəstəkləməsinin əyani sübutudur. Məsələnin əsli isə hər kəsə məlumdur. Bu qərəzli qərarla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanatla çıxış edib. Bəyanatda da açıq şəkildə AŞPA-nın ilk növbədə öz prinsiplərinə zidd olan, biabrçı bir addım atdığı ifadə olunur.

Demokratik inkişaf yolu seçmiş Azərbaycana qarşı atılan qərəzli addımların və irəli sürülən ittihamların heç bir əsası yoxdur. Eyni zamanda, nümayəndə heyətimiz vurğulayıb ki, Azərbaycan torpaqlarını Ermənistan 30 il ərzində işğal altında saxlayarkən biz bu məsələləri hər zaman gündəmə gətirmiş, işğalçı dövlətlə münasibətdən təzyiq metodlarını işə salınmasını tələb etmişdik. Ancaq o zaman bizə cavab verilirdi ki, AŞPA bu kimi məsələlər üçün münasib platforma deyil. Bu məsələlərlə ATƏT məşğuldur. İndi isə əsl simalarını ortaya qoyurlar. Bu təşkilat çərçivəsində Azərbaycana qarşı təzyiqlər işə salınır, nümayəndə heyətimizin etimadnaməsini təsdiqləmirlər. Bütün bunlar birbaşa ikili standartların, “erməniçiliyin” təbliğatının və milli-etnik zəmində təkəbbürün ifadəsidir. Azərbaycan güclü dövlətdir və siyasi iradə nümayiş etdirir və heç kim Azərbaycanla təhdid dilində danışa bilməz.

Ümumiyyətlə, AŞPA kimi qurumlar erməni lobbisinin təsiri altındadır. Ölkəmizə qarşı ötən ilin sentyabrında AŞPA tərəfindən qəbul olunan qətnamədə də erməni təsiri duyulur. Çünki həmin sənəddə əsas istiqamət bölgədə saxta "humanitar vəziyyət" yaratmağa yönəlib. Bu isə ermənilərin elə "humanitar şousu"nun davamıdır. Halbuki, Azərbaycan hökuməti daim Qarabağda bütün sosial-iqtisadi problemlərin həll edilməsi, humanitar sahədə dəstəyin göstərilməsi, reinteqrasiya məsələlərinin həll olunması kimi bir sıra təşəbbüslərlə çıxış edib. Rəsmi Bakı elə əvvəldən reinteqrasiya prosesinin sürətləndirilməsinə maraq göstərməklə yanaşı, təmasların qurulmasına və kommunikasiyaların açılmasına çalışıb. Hazırda ermənilərin Azərbaycan vətəndaşlığını daşıması, manatımızın dövriyyəyə buraxılması, kommunal təminatın dayanıqlığının həll olunması istiqamətində mühüm işlər görülür. Artıq Xankəndi şəhəri Azərbaycanın elektrik enerjisi hesabına işıqlandırılır. Qeyd etdiklərimiz, Azərbaycanın öz ərazilərində yaşayan digər millətin nümayəndələrinə qarşı göstərdiyi qayğı və diqqətin nümunəsidir. Şübhəsiz, heç bir hüquqi qüvvəsi olmayan AŞPA-nın bu cür qətnamə qəbul etməsi regionda revanşizmə təhrikdir. Bu baxımdan, AŞPA-nın bu cür mövqe sərgiləməsi qəbuledilməzdir və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırması çox düzgün addımdır.

Anar Məmmədov 

Milli Məclisin deputatı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar