Xəbər lenti

Daşkəsən rayon Quşçu kəndində seçicilərlə görüş keçirilib - FOTO 0

Tarix: 26-01-2024 19:48     Baxış: 1 603

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Daşkəsən rayon Quşçu kəndində yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirilib.

 Mubarizciler.az xəbər verir ki, Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Təbliğat-təşviqat qrupun üzvü Mirzəli Məmmədov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər.

İlk öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüş zamanı Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycanın qazandığı əzəmətli qələbələrdən, nailiyyətlərdən danışıblar. Çıxış edən natiqlər Azərbaycanın daha da yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin etmək və bu hədəflərin reallaşdırılması üçün bütün seçiciləri Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirdə çıxış edən seçicilər artıq öz seçimlərini etdiklərini, Kəlbəcərlilərin tək seçimi "Xalqın Qalib oğlu, Qalib Lideri"  Müzəffər Ali Baş Komandan İlham Əliyev olduğunu bildiriblər.


Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar