Xəbər lenti

Dövlət Gömrük Komitəsinin sədri Şəmkir şəhərində vətəndaşları qəbul edib - FOTO 0

Tarix: 26-01-2024 13:01     Baxış: 1 568

Yanvarın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Şəmkir rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

DGK sədri və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qəbuldan öncə Şəmkir şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şəmkir və Gədəbəy rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar