Xəbər lenti

İcra Başçısı Məhərrəm Quliyev Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztopla görüşdü - FOTO 0

Tarix: 26-01-2024 11:57     Baxış: 2 534

Goranboy RİH başçısı Məhərrəm Quliyev Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztopla görüşdü.

Goranboy rayon İcra Hakimiyyətində, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztopla  görüşən icra başçısı Məhərrəm Quliyev, ötən ildən diplomatik fəaliyyətə başlayan Baş konsula uğurlar arzuladı. 

Mubarizciler.az xəbər verir ki, Görüş zamanı diplomata  Goranboyun  tarixi, mədəniyyəti və iqtisadi  resursları barədə ətraflı məlumat verildi. İcra başçısı Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin  mövcud olduğunu qeyd edərək dövlətimizin bütün sahələrdə  qardaş ölkənin daim yaxın dəstəyini hiss etdiyini bildirdi. Türkiyəli diplomat RİH-nin inzibati binasının foyesində yaradılmış, Ümummilli Lider Heydər Əliyev və Prezident cənab İlham Əliyevin müxtəlif vaxtlarda  rayonumuza səfərlərini özündə əks etdirən fotoguşə ilə tanış edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar