Xəbər lenti

Sabit Səmədov: Keçiriləcək Prezident seçkiləri Azərbaycan xalqının iradəsinə söykənir 0

Tarix: 25-01-2024 20:58     Baxış: 1 792

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən Prezident İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilib. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərib.

Elan olunmuş növbədənkənar seçkilər müstəqil dövlətimizin son 33 illik tarixində bütün ərazilərində suverənliyini təmin edərək keçirilən ilk seçkilərdir: 

“Bu gün Azərbaycan dövləti qalibdir və ölkəmizi bu yüksək zirvəyə qaldıran Prezident İlham Əliyev və xalq-iqtidar birliyidir. Keçiriləcək növbədənkənar seçkilər regionda yaratdığımız yeni reallığın Zəfər seçkiləridir. İndi üçrəngli dövlət bayrağımız Xankəndində və digər ərazilərdə dalğalanır. Azərbaycan dövləti bugünki qədər tarixdə heç vaxt güclü olmayıb. 7 fevralda keçiriləcək seçkilərdə iştirak etmək istəyən hər bir şəxs üçün tam demokratik mühit mövcuddur. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Mən əminəm ki, xalqımız bu seçkilərdə də qalib sərkərdə İlham Əliyevi dəstəkləməklə ölkəmizdəki monolit birlik və həmrəyliyini bütün dünyaya bir daha nümayiş etdirəcək. Bu seçki, həm də Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir”.

İlham Əliyev Qarabağ torpaqlarını işğaldan azad edib. Sentyabrda keçirilən birgünlük antiterror tədbirlərinin uğurla başa çatmasıyla Azərbaycan Ordusu Xankəndiyə daxil oldu. Azərbaycan vətəndaşlarının Xankəndidə yaşamaq imkanların  yarandı. Bütün bunlar böyük tarixi hadisələrdir. Sözügedən tarixi hadisələr Azərbaycanın qəhrəman əsgərlərinin və ölkə başçısı İlham Əliyevin sayəsində baş verdi. Ölkə başçısının yenidən prezident seçilməsi üçün ona səs verəcək. 

Tam inanırıq ki, Azərbaycanın son uğurlarını, əldə etdiyimiz tarixi qələbələri və bu prosesə ciddi qısqanclıqla yanaşan kənar qüvvələrin yaratmaq istədiyi təhlükəni nəzərə alan Azərbaycan seçicisi son nəfərinə qədər 7 fevral tarixində dövlət və dövlətçiliyimiz üçün taleyüklü siyasi prosesdə ən aktiv formada iştirak edəcək və həm seçici aktivliyi, həm də ən layiqli namizədə daha çox səs verməklə hətta 1993-cü ilin rekordlarını təzələyəcək. 

Ərazisinin təxminən 70 min kv. km-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında indiyə qədər ümumilikdə 7 Prezident seçkiləri keçirilib. 27 ildən sonra düşmən üzərində tarixi Zəfər çalan, müstəqillik tarixində ilk dəfə ərazi bütövlüyünü təmin edən bütöv Azərbaycan  7 fevral Prezident seçkilərinə gedir. Mübariz və güclü xalq olaraq 2020-ci ildə bütövləşərək mübarizə meydanında sıralarımızı qoruyaraq bütövlüyümüzə nail olduğumuz kimi, 7 fevralda seçici qutularından bütöv Azərbaycanın çıxması üçün seçki prosesində də o müqəddəs sıraları tərk etmədiyimizi bütün dünyaya nümayiş etdirəcəyimizə əminik.

Azərbaycanın regionun və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsində İlham Əliyevin misilsiz xidmətləri olub. O, Heydər Əliyevin layiqli davamçısı kimi xalqın sevgisini qazandı. İlham Əliyevin Azərbaycan tarixi və xalqı qarşısında ən böyük xidməti, söz yox ki, ərazi bütövlüyümüzü, hələ 42-43 yaşındaykən dediyi kimi, son qarışına qədər bərpa etməsidir. Bu tarixi nailiyyət onu Azərbaycan xalqının qəhrəmanına çevirib. Qalib lideri xalqımız 7 fevral prezident seçkisində bir daha qalib edəcək.

Sabit Səmədov

İmişli Rayon Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar