Xəbər lenti

Goranboy rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib - FOTO 0

Tarix: 25-01-2024 19:36     Baxış: 2 569

“Qalib dövlətimiz tarixinin ən qüdrətli dövrünü yaşayır”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Goranboy rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Milli Məclisin deputatı Anar Məmmədov, təşviqat qrupunun üzvləri Kəmalə İsmayılova, İbrahim Həsənov, Gündüz Hacıyev, Rəddin Məmmədov və İlhamə Qasımova çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə bütün sahələrdə parlaq nailiyyətlər əldə edilib. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub. Məhz bu tarixi Qələbənin nəticəsidir ki, bu gün keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. “Qalib dövlətimiz tarixinin ən qüdrətli dövrünü yaşayır” ,- deyə qürurla ifadə olunub.

Şəhid ailələri, qazilər və müharibə iştirakçıları inam ifadə ediblər ki, zəfərlərin davamı gələcək, Prezident İlham Əliyevin Liderliyi ilə yeni-yeni uğur zirvələri fəth ediləcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar