Xəbər lenti
2-09-2026, 15:00
 

Goranboy rayonunun Səfikürd, Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kənd seçiciləri ilə görüş keçirilib - FOTO 0

Tarix: 24-01-2024 20:20     Baxış: 2 282

Azərbaycan xalqının arzusunu reallaşdıran Lider.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Goranboy rayonunun Səfikürd, Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kənd seçiciləri ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri İsgəndər Səklikov, İbrahim Həsənov, Gündüz Hacıyev, Kəmalə İsmayılova, Nürəddin Həsənov və İlhamə Qasımova çıxış ediblər.

Natiqlər seçiciləri bütün nailiyyətlərimizin, qələbələrin təminatçısı olan Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycanın davamlı inkişafına – cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar