Xəbər lenti

İcra Başçısı Şəhid ailəsini ziyarət edib - FOTO 0

Tarix: 24-01-2024 18:31     Baxış: 1 855

Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev rayonun Şəfəq  kəndində Şəhid Yusif Asif oğlu Qurbanovun ailəsini ziyarət edib.
Şəhidin valideynləri ilə söhbət zamanı şəhidin qısa ancaq şərəfli həyat yolundan danışılıb. 

Rayon Rəhbəri ailənin qayğı və ehtiyacları ilə maraqlanıb, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini bildirərək Ölkə Rəhbərliyinin bu sahədə həyata keçirdiyi işlərin Goranboy rayonunda  da davam etdirildiyini qeyd edib.
Şəhidin atası Asif Qurbanov  və anası Səfa Qurbanova dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Mubarizciler.az 

Elçin Tağıyev.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar