Xəbər lenti

İcra Başçısı vətəndaşların səyyar görüşünü keçirib - FOTO 0

Tarix: 24-01-2024 13:23     Baxış: 1 050

Nurulu kəndində 23.01.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib.

  Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin səyyar qəbulları davam edir. Mubarizciler.az xəbər verir ki, yanvarın 23-də Nurulu kənd tam orta məktəbində sakinlərlə növbəti səyyar görüş baş tutub. Görüşdə Muradalılı, Otuziki və Nurulu kənd sakinləri ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri də iştirak ediblər.

 Görüşdə çıxış edən icra başçısı İmişli rayonunda abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər  tərəfindən qaldırılan  problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü qəbul iştirakçılarının diqqətinə çatdırıb. 

Sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar