Xəbər lenti

Goranboy rayonu Nizami kəndində yaṣayan seçicilərlə görüş keçirilib - FOTO 0

Tarix: 24-01-2024 11:01     Baxış: 1 533

Goranboy seçiciləri Zəfər seçkisində fəal iştirak edəcək.

Mubarizciler.az xəbər verir ki, 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Goranboy rayonu Nizami kəndində yaṣayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri İlhamə Qasımova, Ürfət Həsənov və Kəmalə İsmayılova çıxış ediblər. Qeyd edilib ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədlərə əməl edərək Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Natiqlər seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar. Diqqətə çatdırılıb ki, bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də xalqın etimadını qazanan siyasi Lider cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, rayonun Qaradağlı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Tağıyev Şahin Rəhim oğlunun, 19 sentyabr 2023-cü il tarixdə keçirilən lokal xarakterli antiterror əməliyyatları  zamanı şəhid olmuş İmamquluyev Ümid Vüqar oğlunun ailəsi ziyarət olunub və bir qrup kənd ağsaqqalları ilə görüş keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar